Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli strateji əməkdaşlıq formatı müxtəlif kritik əhəmiyyətli məsələlərin müzakirəsi üçün vahid zəncir yaradır.
TAN.AZ xəbər verir ki, bunu Gürcüstan müdafiə nazirinin müavini Lela Çikovani Tbilisidə Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilmiş rəsmi qəbulda deyib.
“Üçtərəfli strateji səviyyəli görüşlər bizə milli maraqlarımız əsasında birgə siyasət hazırlamağa imkan verir. Müdafiə sahəsində əməkdaşlıq, birgə təlimlər və ekspert iclasları bizim hərbçilərimizi daha da yaxınlaşdırır və qarşılıqlı əməliyyat qabiliyyətini yüksəldir. Biz şadıq ki, Azərbaycan bu il müdafiə nazirlərinin üçtərəfli görüşünə ev sahibliyi edəcək”, – nazir müavini deyib.