Home Gündəm Azərbaycanla ABŞ arasında ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparılıb

Azərbaycanla ABŞ arasında ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparılıb

108
0
SHARE

İyunun 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqan telefon danışığı aparıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, telefon söhbəti zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlıq gündəliyi, eləcə də Azərbaycanla Ermənistan arasında normallaşma prosesindən irəli gələn məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Azərbaycan və Ermənistan arasında son bir ay ərzində aparılan danışıqlar və gündəmdə duran açıq məsələlərin həlli perspektivləri barədə ölkəmizin mövqeyi diqqətə çatdırılıb.