Home Gündəm Azərbaycan XİN: Ermənistan növbəti hərbi avantüraya girmək üçün yeni səngərlər qazır, istehkamlar...

Azərbaycan XİN: Ermənistan növbəti hərbi avantüraya girmək üçün yeni səngərlər qazır, istehkamlar qurur, şəxsi heyət və texnika toplayır

86
0
SHARE

Son günlər həm delimitasiya olunmamış dövlət sərhədi boyunca, həm də Qarabağ bölgəsində hərbi quruculuq işlərinin artması ilə müşayiət olunan hərbi təxribatların daha da intensivləşməsi müşahidə olunur.

TAN.AZ xəbər verir ki, bu barədə XİN-in diplomatik korpus üçün bölgədəki vəziyyətlə əlaqədar keçirdiyi brifinqdə bildirilib.

“Ermənistan açıq şəkildə növbəti hərbi avantüraya girmək üçün yeni səngərlər qazır, istehkamlar qurur, şəxsi heyət və texnika toplayır. Azərbaycanın Qarabağ bölgəsi daxil olmaqla ərazi bütövlüyünün tanıması ilə bağlı əvvəlki bəyanatına baxmayaraq, Ermənistanın baş naziri Azərbaycan ərazilərində qurulmuş qondarma quruluşunun yaradılmasının “ildönümü” münasibətilə qondarma “təbrik mesajı” verərək daha bir son dərəcə təxribatçı addım atdı. Ermənistan baş naziri bir daha “erməni sakinlərin öz müqəddəratını təyinetmə hüququ”na istinad edərək, Ermənistanın bu sakinlərlə bağlı məsələlərə onların təhlükəsizliyi və hüquqları bəhanəsi altında müdaxiləyə davam edəcəyini təsdiqlədi. Beləliklə, o, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınması ilə bağlı əvvəlki bəyanatını mahiyyətcə heçə endirmiş oldu”, – deyə brifinqdə bildirilib.