Home Gündəm Milli Məclisin sədri: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da böyük...

Milli Məclisin sədri: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da böyük uğurlara imza atacaq

82
0
SHARE

Azərbaycan hazırda tarixinin ən şərəfli dövrünü yaşayır. Biz buna Azərbaycanın Lideri İlham Əliyevin uzaqgörən siyasəti, böyük sərkərdəlik məharəti, mahir diplomatiya bacarığı sayəsində nail olmuşuq.

TAN.AZ xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin oktyabrın 12-də keçirilən xüsusi iclasında söyləyib.

S.Qafarova 44 günlük Vətən müharibəsində Zəfərimizin və ərazilərimizin tam bərpa edilməsinin memarının Prezident İlham Əliyev olduğunu vurğulayaraq, Azərbaycanın bu Qələbə ilə tarix yazdığını qeyd edib.

Qarabağda və Şərqi Zəngəzurda həyatın yenidən canlandığını, mühüm infrastruktur layihələrinin həyata keçirildiyini diqqətə çatdıran Sahibə Qafarova hazırda Qarabağın erməni əhalisinin reinteqrasiya olunduğunu da deyib.

“Uğurlarımız həm də iqtisadi sahədə özünü büruzə verir. Azərbaycan Prezidentinin həyata keçirdiyi uzunmüddətli iqtisadi inkişaf strategiyası ölkənin regionlarının davamlı və tarazlı inkişafının, o cümlədən yerlərdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyatın, yüksək standartlara cavab verən sosial rifahın təmin edilməsinə şərait yaradıb”, – deyə Milli Məclisin sədri qeyd edib.

Parlamentin sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bundan sonra da böyük uğurlara imza atacağından xalqımızın əmin olduğunu vurğulayıb.