Home Gündəm Nazir: Ölkəmizin beynəlxalq əlaqələrinin coğrafiyasının genişlənməsində Prezident İlham Əliyevin əvəzsiz xidmətləri var

Nazir: Ölkəmizin beynəlxalq əlaqələrinin coğrafiyasının genişlənməsində Prezident İlham Əliyevin əvəzsiz xidmətləri var

108
0
SHARE

Ölkəmizin beynəlxalq əlaqələrinin coğrafiyasının genişlənməsində Prezident İlham Əliyevin əvəzsiz xidmətləri var.

TAN.AZ xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramovun “Azərbaycan” qəzetində dərc olunan “Böyük Zəfərə aparan İlham Əliyev diplomatiyası” mövzusunda məqaləsində qeyd olunub.

Məqalədə bu il 100 illik yubileyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyev irsinin layiqli davamçısı, dövlətimizin başçısı İlham Əliyevin fəaliyyəti nəticəsində ölkəmizin diplomatik müstəvidə qazandığı uğurlar, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi, habelə ərazi bütövlüyümüz və suverenliyimizin təmin edilməsi istiqamətində göstərilən səylərdən geniş bəhs olunur.

Ölkəmizin beynəlxalq əlaqələrinin coğrafiyasının genişlənməsində Prezident İlham Əliyevin əvəzsiz xidmətlərindən bəhs edən məqalədə, bu xüsusda Azərbaycanın mühüm beynəlxalq təşkilatlarda sədrlikləri və üzvlüyü, 155 səs çoxluğu ilə 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, 2019-cu ildən etibarən BMT-dən sonra ikinci ən böyük çoxtərəfli platforma olan Qoşulmama Hərəkatının sədrliyini həyata keçirməyimizin rolu vurğulanır.

Məqalədə Prezident İlham Əliyevin rəhbərliyi dövründə beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınmasının, işğalın aradan qaldırılması və işğalçı qüvvələrin Azərbaycan ərazilərini tərk etməsinin tələb olunmasının, qaçqın və məcburi köçkünlərin öz evlərinə geri qayıtmaq hüququnun təsbit edilməsinin, Azərbaycan ərazilərində qanunsuz erməni silahlı birləşmələrinin mövcudluğu və işğalçı Ermənistan tərəfindən həyata keçirilən qanunsuz fəaliyyətin ifşa edilməsinin 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan şanlı Zəfərimiz üçün diplomatik zəmin yaratdığı qeyd olunur.

Ərazi bütövlüyümüzün təmini, 30 ilə yaxın müddətdə davam edən münaqişənin bitməsi və regionda yeni reallıqların yaranması ilə nəticələnən 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi və sülh gündəliyinin təşəbbüskarı olan dövlətimizin başçısının bu səylərinin bölgədə sülh üçün mövcud yeni imkanların dəyərləndirilməsi kimi uzaqgörən və müdrik məqsədə hesablandığı bildirilir. Bu xüsusda, 2023-cü il sentyabrın 19-20-də aparılan antiterror tədbirlərinin normallaşma və sülh gündəliyinin irəli aparılmasının qarşısında duran daha bir maneə olan qanunsuz erməni silahlı birləşmələrinin mövcudluğunu aradan qaldırdığı diqqətə çatdırılır.

Məqalədə, həmçinin bu mərhələdə Ermənistanın regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməli olduğu, bu xüsusda beynəlxalq ictimaiyyətin də konstruktiv mövqeyinin vacibliyi vurğulanır.