Home Gündəm Azərbaycan və Türkiyə XİN rəhbərləri Ermənistanla sülh gündəliyini müzakirə edib

Azərbaycan və Türkiyə XİN rəhbərləri Ermənistanla sülh gündəliyini müzakirə edib

111
0
SHARE

Azərbaycan və Türkiyə XİN rəhbərləri görüşüb.

XİN-dən verilən xəbərə görə, 18 oktyabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələr ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin nazirlər səviyyəsində Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində keçirilən növbədənkənar iclasında iştirakı çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Görüş zamanı ikitərəfli strateji müttəfiqlik münasibətlərinin gündəliyi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, regionda baş verən son proseslər, eləcə də Azərbaycan-Ermənistan arasında sülh gündəliyinin perspektivləri müzakirə olunub.

İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının Şuşada keçirilmiş 27-ci iclasında müzakirə edilən məsələlər və iki ölkənin ilin sonunadək çoxtərəfli formatda keçiriləcək tədbirlərdə iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.

Nazirlər həmçinin geniş regionda baş verən prosesləri müzakirə ediblər.