Home Gündəm Ceyhun Bayramov Avropa ölkələrinin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb

Ceyhun Bayramov Avropa ölkələrinin diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb

82
0
SHARE

20 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa ölkələrinin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb.

TAN.AZ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan ilə Avropa ölkələri arasında münasibətlərin cari vəziyyəti və perspektivləri, Azərbaycanın son anti-terror tədbirlərindən sonra regional vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında sülh və normallaşma prosesindəki mümkün inkişaf perspektivləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov ölkəmizin 10 noyabr Üçtərəfli Bəyatının imzalamasından bəri müxtəlif platformalarda öz suveren ərazilərində qanunsuz Ermənistan silahlı qüvvələrinin mövcudluğu məsələsini dəfələrlə qaldırdığını, bunun əsas təhdid mənbəyi olduğunu xatırladaraq, ölkəmizin 19-20 sentyabr tarixlərində həyata keçirdiyi legitim antiterror tədbirlərinin bölgədə sülh və sabitlik üçün əhəmiyyətini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizin Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin təhlükəsizliyi, habelə dil və mədəni hüquqlarına zəmanət veriləcəyinin bildirildiyi, bu məqsədlə reinteqrasiya portalında qeydiyyat həyata keçirildiyi bildirilib.

Nazir 30 ilə yaxın işğal dövründə qondarma rejim tərəfindən BMT-nin heç bir qurumunun əraziyə səfər etməsinə imkan yaradılmadığı halda, Azərbaycan tərəfindən antiterror tədbirləri başa çatdıqdan dərhal sonra BMT-nin Azərbaycandakı ofisinin əlaqələndirilməsi ilə Cenevrə və Nyu-York bölmələrinin nümayəndələrinin də daxil olduğu iki missiyanın Qarabağ bölgəsinə səfərinin təşkil edildiyini bildirib.

Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistanın öz müstəqilliklərini bərpa etməsindən bəri regionda sülh üçün unikal tarixi imkanın yarandığını bildirib.

Daha sonra, nazir Ceyhun Bayramov iştirakçıların suallarını cavablandırıb.