Home Gündəm Nazir müavini: Ermənistan nifrət nitqinə söz azadlığı donu geyindirib məsuliyyətdən yayınmağa çalışır

Nazir müavini: Ermənistan nifrət nitqinə söz azadlığı donu geyindirib məsuliyyətdən yayınmağa çalışır

141
0
SHARE

Ermənistan dövləti nifrət nitqinə söz azadlığı donu geyindirib öz məsuliyyətindən yayınmağa çalışır. Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətlər təsadüfi xarakter daşımır. Bu ermənilərin uzun illərdir davam edən ideologiyasıdır.

TAN.AZ xəbər verir ki, bu sözləri xarici işlər nazirinin müavini Elnur Məmmədov oktyabrın 30-da “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi” hesabatının təqdimatı ilə bağlı keçirilən konfransda söyləyib.

Elnur Məmmədov bildirib ki, Azərbaycan dövləti 2020-ci il müharibəsindən sonra dəfələrlə Ermənistana sülh sazişi üçün təklif göndərib. Amma buna baxmayaraq, qarşı tərəf müsbət davranış sərgiləmir.