Home Gündəm Qərbi Azərbaycan İcması Paşinyanın çıxışına cavab verib

Qərbi Azərbaycan İcması Paşinyanın çıxışına cavab verib

133
0
SHARE

Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT Parlament Assambleyasının İrəvanda keçirilən iclasında etdiyi çıxışda Azərbaycana qarşı növbəti dəfə böhtan atıb və Qərbi Azərbaycan İcmasının fəaliyyətini təhrif edib.

Bu barədə icmadan daxil olan bəyanatda bildirilib.

Bəyanatda deyilir:

“Azərbaycan Ermənistanı Qərbi Azərbaycan adlandırmaqla Ermənistana hərbi təcavüzə hazırlaşır” deyən N.Paşinyana xatırladırıq ki, bu həmin Ermənistan və N.Paşinyan hökumətidir ki, Azərbaycan ərazilərini 30 il işğal altında saxlamış, bununla qürrələnmiş, 2019-cu ildə Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” deyə aləmə car çəkmiş, amma sonradan “Ermənistan heç vaxt Azərbaycana qarşı ərazi iddiası etməmişdir” açıqlaması vermişdir.
Qərbi Azərbaycan ifadəsinə gəlincə, qeyd edək ki, bu, tarixi və coğrafi həqiqətə əsaslanan bir termindir və İcmamızın ondan istifadə etməsi beynəlxalq insan hüquqları konvensiyaları ilə tanınan özünü-identifikasiya hüququna əsaslanır.
Bu ifadəyə etiraz edən N.Paşinyan qoy izah etsin, necə olur ki, onun məntiqi ilə “Artsax”, “Dağlıq Qarabağ” demək Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təhdid etmək sayılmır, amma Qərbi Azərbaycan ifadəsini işlətmək Ermənistanın suverenliyinə qəsd anlamına gəlir!
Bir daha vurğulayırıq ki, Qərbi Azərbaycan İcmasının Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur və sülhə, barışığa N.Paşinyanın gəlişigözəl sözləri ilə, yalandan özünə “demokrat” imici yaratmaqla deyil, səmimi addımlarla nail olmaq olar. Bu xüsusda, N.Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını və qərbi azərbaycanlılarla tarixi barışığın əldə edilməsi üçün İcma ilə dialoqa başlamasını gözləyirik”.