Home Gündəm Füzulidə Azərbaycan-Özbəkistan QHT-lərinin əməkdaşlıq forumu keçirilib

Füzulidə Azərbaycan-Özbəkistan QHT-lərinin əməkdaşlıq forumu keçirilib

94
0
SHARE

Azərbaycan-Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının Füzuli şəhərində keçirilən Əməkdaşlıq Forumu başa çatıb.

TAN.AZ xəbər verir ki, Forumun sonunda bədii hissə təşkil olunub. Konsert proqramında Azərbaycanın tanınmış sənət adamları xalq və bəstəkar mahnılarından ibarət musiqi nömrələri təqdim ediblər.

Konsert proqramı iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Bədii hissədən sonra Özbəkistan-Azərbaycan milli şirniyyatları ilə hazırlanmış çay süfrəsi təşkil edilib.

***

16.00

Azərbaycan-Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının əməkdaşlıq forumunun açılış paneli baş tutub.

TAN.AZ xəbər verir ki, Azərbaycan-Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının əməkdaşlıq forumu Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Vətən övladlarının əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etməklə, Azərbaycan və Özbəkistanın Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb.

Daha sonra iki ölkə arasında münasibətlərin inkişafına dair videoçarx nümayiş etdirilib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva hər iki ölkənin vətəndaş cəmiyyətlərinin təmsilçilərinin iştirakı ilə baş tutan forumun yeni əməkdaşlıqların qurulması üçün tarixi zəmin yaradacağına əminliyini ifadə edib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin nümayəndəsi Tural Əliyev bildirib ki, bu gün Azərbaycan və Özbəkistan münasibətləri ən yüksək səviyyədədir: “Bu tarixi uğur Azərbaycan Prezidenti cənab İlham Əliyev və Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin yürütdüyü uzaqgörən siyasətə söykənir. Əlbəttə, istər siyasi, istər mədəni, istər də tarixi əlaqələrin bu səviyyədə yüksək olduğu bir dövrdə vətəndaş cəmiyyəti təsisatlarının da üzərinə mənəvi məsuliyyət düşür. Bu xətti qeyri-hökumət təşkilatları vasitəsilə də gücləndirmək, irəli aparmaq üçün böyük imkanlar, potensial var”.

Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov iki ölkə arasında əməkdaşlığın QHT-lər sahəsində də inkişafının önəmini qeyd edib. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Turxan Süleyman Özbəkistan dövlətinin Azərbaycana hədiyyəsi olan bu təhsil olacağının imkanları barədə danışıb.

Özbəkistan Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının İdarə Heyətinin sədri Kamoliddin İşanxocayev iki ölkə arasında əlaqələrin QHT-lər sahəsində də inkişafı üçün bu forumun vacib təkan olacağını qeyd edib.
Milli Məclisin deputatları, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Fatma Yıldırım və Sabir Rüstəmxanlı iki qardaş ölkənin bütün sahələrdə əlaqələri genişləndirdiyini bildiriblər.

***

12:41

Füzuli şəhərində Azərbaycan-Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının əməkdaşlıq forumu başlayıb.

TAN.AZ xəbər verir ki, forum Füzuli şəhərində Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə keçirilir.

Forumda iki ölkənin 100-dən çox QHT nümayəndəsi iştirak edir. Toplantıda Ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Daha sonra Azərbaycan və Özbəkistan respublikalarının Dövlət himnləri səsləndirilib. Azərbaycan-Özbəkistan əlaqələrini nümayiş etdirən videoçarx nümayiş olunub.