Home Gündəm Azərbaycan Prezidenti: Yaponiya ilə əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur

Azərbaycan Prezidenti: Yaponiya ilə əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur

82
0
SHARE

Prezident İlham Əliyev Azərbaycan və Yaponiya arasında dostluq münasibətlərinin 30 ildən artıqdır ki, müxtəlif sahələri əhatə etdiyini bildirib.

TAN.AZ xəbər verir ki, dövlət başçısı bu barədə yanvarın 7-də Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabenin etimadnaməsini qəbul edərkən deyib.

Azərbaycan Prezidenti bütün istiqamətlərdə yaxşı nəticələrin əldə olunduğunu bildirib, qarşıdan gələn illərdə əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu diqqətə çatdırıb.

Prezident İlham Əliyev ənənəvi sahələrdən başqa əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinin zəruriliyini qeyd edib.