Home Gündəm Milli Məclisin İntizam komissiyasının iclası keçirilib

Milli Məclisin İntizam komissiyasının iclası keçirilib

101
0
SHARE

Fevralın 1-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, iclasa moderatorluq edən komissiya üzvü Səttar Möhbalıyev deyib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci maddəsinə görə, parlamentin yaz sessiyasının bu gün keçirilən ilk iclasında İntizam komissiyasının tərkibi yenidən formalaşdırılıb. O bildirib ki, yeni yaradılan komissiyanın ilk iclasının gündəliyinə komissiya sədrinin, onun müavininin və komissiyanın katibinin seçilməsi məsələləri daxildir. İclasın moderatoru deputat Eldar İbrahimovun ötən dövrdə İntizam komissiyasına rəhbərliyini müsbət dəyərləndirib və komissiyanın sədrliyinə onun namizədliyini irəli sürüb. İntizam komissiyası sədrinin müavini vəzifəsinə deputat Fəzail Ağamalının, komissiyanın katibi vəzifəsinə deputat Nurlan Həsənovun namizədliyi təklif olunub.

Komissiya üzvləri deputat Eldar İbrahimovu İntizam komissiyasının sədri, deputat Fəzail Ağamalını İntizam komissiyası sədrinin müavini, deputat Nurlan Həsənovu komissiyanın katibi seçiblər.

İclasda iştirak edən Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edərək deputatları təbrik edib, bütün komissiya üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Birinci vitse-spiker deputatların etik davranış və intizam məsələləri ilə bağlı qeydlərini, fikirlərini bölüşüb.

Sonra iclasda komissiya sədri Eldar İbrahimov, komissiya sədrinin müavini Fəzail Ağamalı, üzvləri Hikmət Məmmədov və Məşhur Məmmədov Milli Məclisin rəhbərliyinə və parlamentin deputatlarına onlara göstərilən etimada görə təşəkkür ediblər, komissiyanın gələcək fəaliyyəti ilə bağlı fikirlərini səsləndiriblər.

Bununla da Milli Məclisin İntizam komissiyasının iclası başa çatıb.

İclasda deputatlar Nurlan Həsənov, Afət Həsənova, Məlahət İbrahimqızı, Nəsib Məhəməliyev, Nizami Səfərov, Kəmaləddin Qafarov və digər rəsmi şəxslər iştirak ediblər.