Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 5-də Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirov ilə görüşüb.
TAN.AZ xəbər verir ki, MSK-nın sədri Məzahir Pənahov ölkədə seçki prosesinə hazırlıq barədə məlumat verib. Qeyd edib ki, Mərkəzi Seçki Komissiyası tərəfindən seçicilər üçün bütün imkanlar yaradılıb, 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Seçki günü həmin məntəqələrdəki prosesi onlayn rejimdə izləmək mümkün olacaq.
Qazaxıstan MSK-nın sədri Nurlan Abdirov çıxışında prezident seçkilərinin böyük məsuliyyət olduğunu qeyd edib. O, ölkəsinin Azərbaycanla əməkdaşlığa, dostluğa böyük önəm verdiyini diqqətə çatdırıb. Ölkəmizə 6 müşahidəçi ilə gəldiklərini deyən qazaxıstanlı qonaq Azərbaycanın işğaldan azad olunmuş ərazilərində seçkiləri müşahidə edəcəklərini deyib.
Seçkilərin uğurla və şəffaf keçiriləcəyini arzuladıqlarını deyən N.Abdirov hər şeyin yüksək səviyyədə olacağına inandığını vurğulayıb.