Mayın 21-də xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işlər naziri vəzifəsini icra edə Əli Bağeri Kani arasında telefon danışığı baş tutub.
XİN-dən verilən xəbərə görə, nazir Ceyhun Bayramov dəhşətli helikopter qəzası nəticəsində İran İslam Respublikasının Prezidentinin, xarici işlər nazirinin və digər rəsmilərin həlak olmasına görə dərindən kədərləndiyimizi qeyd edib, mərhumların ailələrinə, dost və qardaş İran xalqına başsağlığı diləklərini çatdırıb.
Nazir mərhum xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə səmimi və peşəkar təmaslar qurulduğunu, baş vermiş görüşlərin iki ölkə arasında münasibətlərin inkişafına və fikir ayrılıqları olan məsələlərin həllinə kömək etdiyini vurğulayıb.
Telefon danışığı zamanı, iki ölkə liderləri arasında sərhəddə baş vermiş görüşün tarixi əhəmiyyət daşıdığı, strateji layihələrin işə salınmasının, nəqliyyat, iqtisadiyyat, energetika sahəsində planların reallaşması üçün birgə səylərin bundan sonra da davam etdirilməsinin vacibliyi qeyd olunub. Azərbaycanın İrandakı Səfirliyinin işinin bərpa olunması üçün tədbirlər görüldüyü diqqətə çatdırılıb.
Tərəflər Azərbaycan və İran Prezidentləri arasında baş tutmuş görüş zamanı əldə edilmiş razılıqların icrasının hər iki ölkənin əlaqələrinin daha da dərinləşməsinə xidmət etdiyini bildiriblər.
İranının xarici işlər naziri vəzifəsini icra edən Əli Bağeri Kani Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Prezident Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar başsağlığı üçün səfirliyə gəlməsinin, başsağlığı məktubu göndərməsinin, xarici işlər naziri və digər rəsmi şəxslər tərəfindən başsağlığı məktublarının göndərilməsinin yüksək hörmət əlaməti olduğunu bildirib və buna görə dərin minnətdarlığını çatdırıb.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
15:46
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran xarici işlər naziri vəzifəsini icra edən Əli Bağeri Kani ilə telefon danışığı aparıb.
TAN.AZ xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.
Ceyhun Bayramov Əli Bağeri ilə telefon danışığında İran Prezidenti, xarici işlər naziri və digər rəsmilərin həlak olması ilə bağlı İran İslam Respublikası hökumətinə, xalqına və Xarici İşlər Nazirliyinə başsağlığı verib.
Ceyhun Bayramov iki ölkə arasında münasibətlərin mürəkkəb mərhələsində dostluq münasibətlərinin normallaşması və inkişafında Hüseyn Əmir Abdullahianın peşəkar rolunu yüksək qiymətləndirib.
Naziri iki ölkə liderləri arasında son razılaşmaların təqib edilməsinin lazım olduğunu vurğulayıb, bu razılaşmaların həyata keçirilməsini sürətləndirmək üçün tam hazır olduqlarını açıqlayıb.
Əli Bağeri telefon danışığında İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında qırılmaz əlaqələrə toxunub. O, Rəisinin və Abdullahianın ölkəsinin qonşuluq siyasəti çərçivəsində İran İslam Respublikası ilə region ölkələri, o cümlədən Azərbaycan Respublikası arasında əlaqələrin inkişafındakını rolunu yüksək dəyərləndirib.
Eyni zamanda, ikitərəfli münasibətlərin hərtərəfli inkişafının və iki ölkə arasında bağlanmış razılaşmaların həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyini vurğulayıb.