Home Gündəm Prezident: “Qarabağ və Şərqi Zəngəzur çox möhkəm bir istehkam zonası olacaq”

Prezident: “Qarabağ və Şərqi Zəngəzur çox möhkəm bir istehkam zonası olacaq”

24
0
SHARE

Bütün Qarabağ və Şərqi Zəngəzur çox möhkəm bir istehkam zonası olacaq.

TAN.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Xocalıda sakinlərlə görüşü zamanı deyib.

“Bu gün hərbçilər üçün inşa edilmiş evlərlə də tanış oldum. Bütün Qarabağ və Şərqi Zəngəzur çox möhkəm bir istehkam zonası olacaq və burada artıq bu istiqamətdə işlər görülür ki, Azərbaycan xalqı əbədi əmin olsun, bir daha bu faciələr bizim xalqımızın başına gəlməyəcək. Bu gün bax, burada – Xocalıda, – cəmi 8 ay ərzində bərpa edilmiş Xocalıda, – görüşməyimiz əlbəttə ki, xüsusi məna daşıyır. Məhz Müstəqillik Günündə mən sizinlə yenidən görüşmək istəmişəm. Üç ay bundan əvvəl – fevralın 26-da hər birimiz üçün faciəli gündə Xocalıda Memorial Kompleksin təməlini qoyduq. Bu gün isə artıq xocalılılar qayıdır və şəhər də göz oxşayır”, – dövlət başçısı qeyd edib.