“Bir millət, iki dövlət” ruhuna sahib olduğumuz Azərbaycanın 28 May – Müstəqillik Gününü təbrik edir, bütün azərbaycanlı qardaşlarımızın haqlı qürur və sevincini ürəkdən bölüşürəm.
TAN.AZ xəbər verir ki, bu ifadələr Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi “X” hesabında təbrik mesajında yer alıb.
Türkiyə Prezidenti mesajında “Müstəqillik uğrunda şəhid olan qəhrəmanlarımızı hörmət və rəhmətlə yad edirəm”, – deyə bildirib.