Home Cəmiyyət XİN Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib

XİN Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib

82
0
SHARE

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 28 May Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə xalqı təbrik edib.

TAN.AZ-ın xəbərinə görə, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib:

“28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını və bütün dünya azərbaycanlılarını səmimi qəlbdən təbrik edir, ölkəmizə və xalqımıza rifah və daimi inkişaf arzulayırıq! Dövlətimiz əbədi olsun! Müstəqillik günümüz mübarək olsun!”, – paylaşımda belə deyilir.