Home Gündəm Əli Əsədov Türkiyənin əmək və sosial müdafiə naziri ilə görüşüb

Əli Əsədov Türkiyənin əmək və sosial müdafiə naziri ilə görüşüb

50
0
SHARE

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 30-da Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri Vedat İşıqhan ilə görüşüb.

Nazirlər Kabinetindən verilən xəbərə görə, görüşdə Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub.

İki ölkə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın Bakıda keçirilmiş 11-ci iclasının əhəmiyyəti vurğulanıb.

Azərbaycanın əmək və məşğulluq sahəsində dövlət siyasəti, ölkəmizdə aparılan ardıcıl sosial islahatlar barədə məlumat verilib. Postmüharibə dövründə şəhid ailələri və qazilərə sosial dəstək tədbirləri, o cümlədən onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və tibbi-sosial reabilitasiyası sahəsində aparılan işlər müzakirə olunub. Qazilərin müalicəsinə göstərilən dəstəyə görə Türkiyə tərəfinə təşəkkür ifadə edilib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.