Home Gündəm Dövlət başçısı: “Cari ildə Azərbaycanın COP29-a, İtaliyanın isə G7-yə sədrliyi əməkdaşlığımız üçün...

Dövlət başçısı: “Cari ildə Azərbaycanın COP29-a, İtaliyanın isə G7-yə sədrliyi əməkdaşlığımız üçün yeni imkanlar yaradır”

22
0
SHARE

“Ölkələrimizi birləşdirən sıx humanitar əlaqələri, o cümlədən elm və təhsil sahəsində səmərəli işbirliyimizi xüsusi qeyd etmək istərdim. Azərbaycanın aparıcı ali təhsil müəssisələrindən biri olan ADA Universiteti ilə İtaliyanın qabaqcıl universitetləri arasında uğurlu əməkdaşlıq bunun bariz nümunəsidir”.

TAN.AZ xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin italiyalı həmkarı Sercio Mattarellaya ünvanladığı təbrik məktubunda yer alıb:

“Heç şübhəsiz ki, mövcud potensialdan və yeni imkanlardan istifadə edərək çoxşaxəli əlaqələrimizi daha da genişləndirə, qeyri-neft sektorunda əməkdaşlığımızı əhəmiyyətli dərəcədə artıra bilərik. Cari ildə Azərbaycanın COP29-a, İtaliyanın isə G7-yə sədrliyi əməkdaşlığımız üçün yeni imkanlar yaradır.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-İtaliya dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində birgə fəaliyyətimizin dərinləşdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İtaliya xalqına daim rifah və əmin-amanlıq arzulayıram”.