Home Gündəm Ceyhun Bayramov və Hakan Fidan TDT-nin Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünə hazırlıq...

Ceyhun Bayramov və Hakan Fidan TDT-nin Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünə hazırlıq məsələlərini müzakirə ediblər

29
0
SHARE

İyunun 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, nazirlər iki ölkə arasında ikitərəfli müttəfiqlik münasibətlərinin müxtəlif aspektləri üzrə görülən işləri müzakirə ediblər.

Bununla yanaşı, Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünə hazırlıq məsələləri nəzərdən keçirilib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər, eləcə də regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.