Milli Məclisinə növbədənkənar seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin sayı məlum olub.
TAN.AZ-ın xəbərinə görə, cəmi 5113 görüş yeri ayrılıb.
Onlardan 3259-u açıq yerlər, 1854-ü isə qapalı yerlərdir.
***
11:44
Milli Məclisinə növbədənkənar seçkilərdə seçkiqabağı təşviqat üçün ayrılmış görüş yerlərinin siyahısı açıqlanıb.
TAN.AZ-ın xəbərinə görə, açıq və qapalı yerlərin siyahısı Mərkəzi Seçki Komissiyasının saytında dərc olunub.
Qeyd edək ki, növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqatın aparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-da seçkiqabağı təşviqat dayandırılacaq.