Home Gündəm Arzu Nağıyev seçicilərlə görüş keçirdi

Arzu Nağıyev seçicilərlə görüş keçirdi

40
0
SHARE

Bu gün Milli Məclisə növbədənkənar seçkilərlə bağlı təbliğat-təşviqat kampaniyasına start verildi.

105 saylı Tovuz-Gədəbəy seçki dairəsindən deputatlığa namizəd Nağıyev Arzu Nəsib oğlunun təbliğat- təşviqat kampaniyasına Qovlar şəhərindən başlanılıb. İlk olaraq torpaqlarımızın qorunması və işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərimizin məzarları ziyarət olunaraq, dualar oxundu, əziz xatirələri böyük ehtiramla yad edilərək məzarları üzərinə tər çiçəklər qoyuldu. Həmçinin orada olan şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə qısa görüş keçirildi. Daha sonra seçicilərlə görüş keçirilərək namizədin platforması açıqlandı, seçicilərin fikir və təklifləri dinlənilərək müvafiq qeydlər aparıldı. Həmçinin Qovlar şəhərindən şəhid Nurlan Vəliyevin atası Habil Vəliyevin il mərasimi ilə əlaqədar ailəsinə baş çəkilərək əzizləri və yaxınlarına başsağlığı diləklərimiz çatdırıldı.

Seçki ilə bağlı şüarımız olduğu kimi qalır:Dövlətə – Millətə sədaqət, vətənpərvərlik, peşəkarlıq, dürüstlük!