Bu gün Milli Məclisə növbədənkənar seçkilərlə bağlı 105 saylı Tovuz-Gədəbəy seçki dairəsindən deputatlığa namizəd Nağıyev Arzu Nəsib oğlunun təbliğat- təşviqat kampaniyası çərçivəsində Gədəbəy rayonunun Mor Mor və Zamanlı kəndlərində seçicilərlə görüş keçirildi.
TAN.AZ xəbər verir ki, namizədin platforması açıqlanaraq onların fikir və təklifləri dinlənildi, seçiciləri narahat edən məsələlərlə bağlı müvafiq qeydlər aparıldı.