Home Gündəm Prezident İlham Əliyev: Azərbaycan-Moldova əlaqələrinin hazırkı səviyyəsi məmnunluq doğurur

Prezident İlham Əliyev: Azərbaycan-Moldova əlaqələrinin hazırkı səviyyəsi məmnunluq doğurur

32
0
SHARE

Azərbaycan ilə Moldova arasında dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur.

TAN.AZ xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Moldova Prezidenti Maya Sanduya bu ölkənin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubundan yer alıb.

Moldova Prezidentinə və xalqına ən xoş arzularını çatdıran Azərbaycan Prezidenti məktubunda bildirib: “Sağlam təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz, bir sıra sahələrdə səmərəli əməkdaşlığımız ölkələrimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət edir”.

Bu gün ölkələrimiz arasında əməkdaşlığın inkişafı və yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanların olduğunu diqqətə çatdıran dövlətimizin başçısı əlavə edib: “İnanıram ki, mövcud imkanlardan yararlanaraq Azərbaycan-Moldova ənənəvi dostluq və tərəfdaşlıq münasibətlərinin həm ikitərəfli, həm də çoxtərəfli əsasda inkişafı və genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”.