Home Gündəm Ayxan Hacızadə: Ermənistan həqiqətən də kommunikasiyaların açılmasında maraqlıdırsa, öhdəliklərini yerinə yetirməlidir

Ayxan Hacızadə: Ermənistan həqiqətən də kommunikasiyaların açılmasında maraqlıdırsa, öhdəliklərini yerinə yetirməlidir

25
0
SHARE

Azərbaycanın qərb bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması məsələsi ilə bağlı Ermənistan yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinin mövcud olduğunu bilsə də, onları son 4 ilə yaxın müddətdə yerinə yetirməyib.

TAN.AZ xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

“Hər iki ölkə ərazisində xarici özəl şirkətin prosesə cəlb olunması barədə fikirlərlə bağlı qeyd edək ki, Azərbaycan heç zaman öz ərazisində üçüncü tərəfin prosesə cəlb olunması barədə müzakirə aparmayıb. Əgər Ermənistan tərəfi həqiqətən də bölgədə kommunikasiyaların açılmasında maraqlıdırsa, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”, – deyə o əlavə edib.