Home Gündəm Sahibə Qafarova: Azərbaycan və tacik xalqlarını çoxəsrlik tarix, mədəniyyət, din, ortaq dəyərlər...

Sahibə Qafarova: Azərbaycan və tacik xalqlarını çoxəsrlik tarix, mədəniyyət, din, ortaq dəyərlər birləşdirir

18
0
SHARE

Milli Məclisin sədri Sahibə Qafarova Düşənbəyə səfəri çərçivəsində oktyabrın 11-də Tacikistan Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş beynəlxalq parlament konfransında iştirak edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, beynəlxalq konfransda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri tədbirdən əvvəl Düşənbədəki “Dostluq” meydanında İsmoili Somoninin abidəsi önünə əklil qoyublar.

Sonra Tacikistan parlamentində beynəlxalq konfrans işə başlayıb.

Tədbirdə çıxış edən Milli Məclisin sədri parlamentə və bütün Tacikistan xalqına Konstitusiyanın 30 illiyi münasibətilə təbriklərini çatdırıb.

Sahibə Qafarova Azərbaycanın Tacikistanın Prezident Emoməli Rəhmonun rəhbərliyi ilə sosial, iqtisadi və digər sahələrdə əldə etdiyi bütün uğurları yüksək qiymətləndirdiyini bildirib. Deyib ki, Azərbaycan və tacik xalqlarını çoxəsrlik tarix, mədəniyyət, din, ortaq dəyərlər və ənənələr birləşdirir. Xalqlarımız həmişə sülh, əmin-amanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar.

O, möhkəm təməl üzərində qurulan dövlətlərarası münasibətlərimizin yaranmasında Ümummilli Lider Heydər Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun xüsusi rolunu qeyd edib.

Milli Məclisin sədri prezidentlər İlham Əliyevin və Emoməli Rəhmonun şəxsi dostluq münasibətlərinin və qarşılıqlı anlaşmanın ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə, eyni zamanda, inkişafına mühüm töhfələrini xüsusilə qeyd edib, ikitərəfli əsasda və beynəlxalq tədbirlər çərçivəsində fəal dialoqun və müntəzəm görüşlərin həyata keçirildiyini vurğulayıb.

S.Qafarova deyib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər zamanı aparılan danışıqlar və əldə olunan razılaşmalar, imzalanmış çoxsaylı sənədlər ikitərəfli əməkdaşlığın bütün sahələrində fəal qarşılıqlı fəaliyyətin inkişafına güclü təkan verib.

Azərbaycan və Tacikistan parlamentləri arasında əlaqələrdən danışan Milli Məclisin sədri bildirib ki, bu gün qanunverici orqanlarımız arasında həm ikitərəfli səviyyədə, həm də Parlamentlərarası İttifaq, MDB Parlamentlərarası Assambleyası, İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı, Asiya Parlament Assambleyası və İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası kimi parlamentlərarası təşkilatlar çərçivəsində çox səmərəli əməkdaşlıq qurulub.

“Parlament sədrlərinin qarşılıqlı səfərləri, dostluq qruplarının fəaliyyəti bu əməkdaşlığın inkişafına töhfə verir. 2022-ci ildə imzalanmış “Azərbaycan Respublikasının Milli Məclisi ilə Tacikistan Respublikası Ali Məclisinin Milli Məclisi arasında əməkdaşlıq haqqında Saziş” də ölkələrimiz arasında siyasi, iqtisadi, elmi-texniki, sosial-mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə, möhkəmlənməsinə kömək etmək niyyətlərimizi təsdiqləyir”, – deyə Sahibə Qafarova bildirib.