Home Gündəm XİN rəhbərinin müavini: Ermənistan beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddialarından əl çəkməlidir

XİN rəhbərinin müavini: Ermənistan beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı iddialarından əl çəkməlidir

9
0
SHARE

Xəbər verdiyimiz kimi bu gün xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

TAN.AZ xəbər verir ki, görüşdə nazir müavini post-münaqişə dövründə bölgədə vəziyyət, Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə aparılan danışıqlar barədə qarşı tərəfə məlumat verib.

Sülh sazişi üzrə danışıqlarda əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistanın Konstitusiyasında, qanunvericilik aktlarında, habelə beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar bir daha xatırlanıb və bu iddialardan əl çəkməyin vacibliyi vurğulanıb.