105 saylı Tovuz-Gədəbəy seçki dairəsi üzrə millət vəkili Arzu Nağıyev tərəfindən 14 dekabr tarixində Tovuz rayonunun Qovlar şəhərində vətəndaş qəbulu keçirildi.
Vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən sosial, məşğulluq, kommunal xidmətlər, yolların təmiri və digər məsələlərlə oldu.
Müraciətləri dinləyən millət vəkili qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problenlərin həlli istiqamətində səy göstərəcəyini bildirdi.
Vətəndaş məmnuniyyətinin təmin olunması məqsədi ilə qabullar dəvam edəcək.
Növbəti qəbulların keçirilməsi haqda məlumatları Milli Məclisin rəsmi internet saytından izləyə bilərsiniz.