Real sektorun maliyyələşdirilməsində bankların fəal iştirakı prioritetdir, kiçik və orta biznes subyektləri dövlət sifarişlərinə daha geniş cəlb olunacaq.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Post-pandemiya dövründə vergi sistemi” adlı konfransda deyib.
Nazir bildirib ki, haqsız rəqabət hallarının qarşısını almaq lazımdır:
“Bu məqsədlə institusional islahatlar və yeni qanunvericilik təşəbbüsləri planlaşdırılır”.