Cənub Qaz Dəhlizi Azərbaycanın müəllifi olduğu çox mühüm enerji layihələrindən biri kimi tarixə düşüb. Əslində 10 il bundan əvvəl ideya halında olan nəhayət 2014-cü ildən inşa edilməyə başlayan və cəmisi altı ildə tikintisi başa çatdırılan 3500 km-lik bir kəmərin belə qısa müddətdə istismara verilməsi özlüyündə ayrıca bir hadisədir. Çünki söhbət heç də sadəcə adi bir enerji layihəsindən getmir. Xəzər, Qara Dəniz , Aralıq Dənizi və Adriatik dənizləri kimi çox geniş və mühüm bir ekvatoriyada uzunmüddətli və tamamilə yeni formatda bir əməkdaşlıq platformasından gedir. Hazırda şahidi olduğumuz geostrateji reallıqlar ondan ibarətdir ki, heç də bütün dövlətlər öz milli resurslarını milli məqsədləri həyata keçirmək üçün realizə edə bilmir. Bəzi dövlətlərdə sabitlik və əməkdaşlıq faktoruna çevirilən karbohidrogen ehtiyatları belə ehtiyatlara sahib olan digər çoxsaylı ölkələrdə dağıdıcı faktora çevirilir. Məsələn, Şimali Afrika və Yaxın Şərqin eləcə də Latın Amerikası ölkələrinin böyük əksəriyyətində neft-qaz ehtiyatları rəqabət və qarşıdurma faktoruna çevirilib. Azərbaycan isə öz ehtiyatlarından milli dövlətini və beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirmək üçün istifadə etməyi bacarlb. Dolayısıyla regional və qlobal müstəvidə bir çoxlarının edə bilmədikləri uğurları əldə edib. Məsələn, Cənub Qaz Dəhlizi layihəsinə qədər Nabucco və.s digər adlarda bir çox bənzər layihələrin həyata keçirilməsi ideyaları olsa da bunların heç biri baş tutmadı. Sadəcə Azərbaycan öz tərəfdaşları ilə 21-ci əsrin layihəsi hesab edilən belə bir layihəni həyata keçirməyə müvəffəq oldu. Elə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclasında da bu məsələlərə və layihənin gələcək perespektivlər ilə bağlı mühüm istiqamətlərə toxunuldu. Hər şeydən öncə Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsinin realizə olunması və perespektivi haqqında danışarkən layihənin inşasının başa çatdırılması münasibətilə iştirakçıları təbrik edərək bildirdi ki, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsinin yekunlaşdırılması tarixi nailiyyətdir. Əminəm ki, bizim birgə fəaliyyətimiz davam edəcəkdir, çünki yeni plan və ideyalarımız var. Həmin plan və ideyalar bugünkü iclasda mütləq müzakirə ediləcəkdir. Yeni plan və layihələr isə layihəni təmin edən mənbələrin və onu tərəfdaş ölkələrə çatdıran marşurutların şaxləndirilməsi və beləliklə tərfədaş ölkələrin sayının daha da çoxalacağı haqqında idi. Bu istiqamətdə isə İonik-Adriatik yaxud Qərbi Balkan istiqamətində görüləcək işlərlə bağlı qəbul ediləcək qərarlar idi. Nəzərə alsaq ki, Qərbi Balkanlar artıq Mərkəzi Avropa ilə kəsişir o zaman layihənin Cənubi Avropadan Mərkəzi Avropaya qədər uzana biləcəyi qənaətini də ifadə edə bilərik. Bütün bunlar isə layihənin əhəmiyyətininin və tərəfdaş ölkələrin sayının gələcəkdə daha da artması deməkdir. Ayrıca bir məsələ bu tərəfdaşlıq prosesində Azərbaycanın özünün istehsalçı ölkədən həm də tranzit ölkəyə çevirilməsi hadisəsidir. Prezident İlham Əliyev qeyd etdi ki, qardaş Türkmənistanla birlikdə istismar ediləcək “Dostluq” yatağından əldə ediləcək resurslar artıq Azərbaycana həm də tranzit öklə statusu qazandırmış olacaq. Ancaq bu istiqamətdə şübhəsiz ki, daha yeni və fərqli perspektivlər də var ki, bu da gələcəkdə daha aydın görünəcək. Bütün bunlar isə uzunmüddətli perspektivdə layihəni mənbə ölkə və tərəfdaş ölkələr üçün daha da cazibədar edir.
Home Manşet Cənub Qaz Dəhlizi Azərbaycanın müəllifi olduğu çox mühüm enerji layihələrindən biri kimi...