Rusiya prezidenti Vladimir Putin ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Trend-in məlumatına görə, telefon danışığı zamanı Ermənistandakı vəziyyət müzakirə edilib.
V.Putin Ermənistanda qayda-qanun və əmin-amanlığın qorunması, vəziyyətin qanunlar çərçivəsində həllinin lehinə danışıb.
Rusiya dövlət başçısı, həmçinin bütün tərəfləri təmkinli olmağa çağırıb.