Home Manşet Azər Badamov: Prezident İlham Əliyev mətbuat konfransında təmkinlə ölkəmizin səmimi niyyətini açıqladı

Azər Badamov: Prezident İlham Əliyev mətbuat konfransında təmkinlə ölkəmizin səmimi niyyətini açıqladı

603
0
SHARE

Azərbaycan Qarabağda dayanıqlı və uzunmüddətli sülhün təmin edilməsi üçün əlindən gələni edir. Biz, bu sülhün əldə edilməsi üçün 30 il gözləmişik. Böyük Britaniyanın “Teleqraf” qəzetinin jurnalistinin “Azərbaycanın gələcəkdə davamlı sülhün tərəfdarı olacağına belə bir səmimiyyəti varmı?” sualına Prezident İlham Əliyev təmkinlə və reallığı dəyərləndirməklə ölkəmizin tam səmimi niyyətini açıqladı.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, Prezidentin də qeyd etdiyi kimi Azərbaycan həmişə sülh yolu ilə münaqişənin həllinə sadiq olub. Hətta Türkiyəli jurnalistin də qeyd etdiyi kimi 44 günlük müharibə dövründə ölkə başçımız öz müsahibələrində 23 dəfə sülhdən danışıb:

“Qarşı tərəfdən isə belə bir ifadənin səsləndirildiyinə rast gəlinməyib. Davamlı sülhün təmin olunması üçün birinci növbədə 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın bütün bəndləri tam şəkildə icra olunmalıdır. İkincisi isə əməkdaşlıqdır. Ölkələrarası kommunikasiyaların açılması və qarşı tərəfin revanşist və qisas cəhdlərinə çağırışlardan əl çəkməsidir.

Ölkə başçısının da qeyd etdiyi kimi artıq Qarabağda davamlı sülhün və birgə yaşayışın təzahürləri meydana gəlib. Məsələn, şərqi Zəngəzurla Zəngilan arasında Azərbaycanın Milli Ordusunun dayanmaması və ancaq Dövlət Sərhəd Xidməti tərəfindən qorunduğunu, Ermənistanın iki şəhərini birləşdirən 20 km yolun Azərbaycan ərazisindən keçməsi və ermənilərin bu yoldan maneəsiz istifadə etməsi, həm də erməni tərəfdən sərhədin qorunmadığı halda ermənilərlə sərhədçilərimiz arasında heç bir insidentin baş verməməsi birgə yaşayışın və sülhün başlangıcıdır”.

A.Badamov vurğulayıb ki, 10 noyabrda imzalanmış üçtərəfli bəyanat regionda davamlı sülhün, təhlükəsizliyin, iqtisadi inkişafın və xalqların inteqrasiyasının əsasını təşkil edir:

“Bu üçtərəfli bəyanat gələcəkdə qəbul olunacaq bütün sənədlərin istinad nöqtəsi olacaqdır. Təbii ki, bu, həm də regional inkişafın və yeni əməkdaşlıq formatlarının əmələ gəlməsinin ana sənədi olaraq qüvvədə qalacaq və Ermənistan bu sənədin icrasına məcburdur. Əks halda Ali Baş Komandanımızın dəmir yumruğu yenidən işə düşəcək və ağlı çaşanların başından vuracaq. Düşünürəm ki, Ali Baş Komandanımızın dəmir yumruğu ermənilərin qorxulu röyasına çevrilib və uzunmüdətli sülhün və təhlükəsizliyin təminatçısıdır”.