Home Siyasət Şəbnəm Həsənova: Türkiyə Yunanıstana qarşı açıq mövqe nümayiş etdirir

Şəbnəm Həsənova: Türkiyə Yunanıstana qarşı açıq mövqe nümayiş etdirir

776
0
SHARE

“Ərdoğanın son zamanlar yürütdüyü uğurlu xarici siyasət, artan gücü digər blokları olduqca narahat edir. Hətta Fransanın Figaro nəşri ölkəsinin NATO-dakı müttəfiqi Türkiyəni “Zəhərli bir geosiyasi oyunçu” adlandırmaqdan da çəkinməyib. Ərdoğanın öz ölkəsini regionda olduqca güclü bir fiqura çevirmək yolunda atdığı ciddi addımlar təbii ki, onları ciddi şəkildə narahat edir. Bu səbəbdəndir ki, Egey dənizindəki adalar ətrafında Yunanıstan və Türkiyə arasındakı qarşıdurmaya digər bir ölkə-Fransa da müdaxilə etmək qərarına gəlib”. Bunu tan.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Siyasi şərhçi bildirib ki, bu dəfə isə Şərqi Aralıq dənizində qanunsuz hərəkətlər edərək bölgədəki gərginliyi artıran Yunanıstan çarəni ABŞ-a qucaq açmaqda görüb: “Belə ki, son zamanlar Dədəağac bölgəsinə çoxlu sayda hərbi qüvvə toplayan ABŞ-ın buradakı limanı satın alması və Türkiyə boğazlarına nəzarət edəcəyi iddia edilir. Lozanna razılaşmasına görə isə bu bölgəyə Yunanıstan tərəfindən ordu yerləşdirilə bilməz. Bundan əlavə, bölgəyə bir müddət əvvəl də ABŞ-ın hərbi qüvvələr gətirdiyi, dəniz və hərbi baza qurduğu bildirilir. Yunan mətbuatında yer alan xəbərə görə, ABŞ-ın ONEX və Qara Zirvə Maliyyə Qrupu Dədəağac limanının 67 faizini, Kavaladakı Filippos B limanını satın almağı təklif edib. Burada əslində ABŞ-ın daha bir məqsədinin isə Türkiyəni nəzarətdə saxlamaq olduğu bildirilir ki, digər bir məqsəd də əslində, ABŞ-ın bu həmlədən Qaradəniz strategiyası çərçivəsində həm Rusiyaya, həm də Yunanıstanın ən böyük limanını satın alan Çinə qarşı istifadə edəcəyi düşünülür”.

Politoloqun fikrinə görə, məsələ burasındadır ki, son illərdə Türkiyə sürətli şəkildə inkişaf edib: “Elə təkcə rəsmi Ankaranın Liviyanı nəzarət altına almaq istəyi eyni zamanda Liviya karbohidrogenlərinin və Afrika miqrantlarının Avropa Birliyinə axınını idarə etmək istəyi ilə birbaşa əlaqələndirilir. Bununla kifayətlənməyən Türkiyə Avropa Birliyinin üzvü olan və Şərqi Aralıq dənizində qanunsuz hərəkətlər edərək bölgədəki gərginliyi artıran Yunanıstana qarşı da açıq bir mövqe nümayiş etdirir. Şərqi Aralıq dənizinin bu hissəsinin çox zəngin olduğu deyilsə də burada isə məsələ yalnız karbohidrogenlərlə bağlı deyil. Əslində, Türkiyə 1923-cü ildə bağlanmış Lozanna Müqaviləsinin şərtlərinə yenidən baxılmasına eyham edir. Məhz bu müqaviləyə əsasən Egey dənizindəki adalar Yunanıstana verilib. Ərdoğan artıq bir neçə ildir dəfələrlə rəsmi səviyyədə bu razılaşmanın ədalətsiz olduğunu dilə gətirir”.

Ş.Həsənova vurğulayıb ki, məsələyə Yunanıstan tərəfdən baxdıqda isə əslində Yunanıstan nə ABŞ-a, nə də Qərbə tam şəkildə güvənmir: “Pentaqon isə həm Yunanıstanı, həm də Türkiyəni NATO üçün olduqca əhəmiyyətli müttəfiq hesab edir”.