Home Cəmiyyət Azərbaycan azad olunmuş ərazilərdə abidələrin bərpasında Türkiyə təcrübəsindən yararlanacaq

Azərbaycan azad olunmuş ərazilərdə abidələrin bərpasında Türkiyə təcrübəsindən yararlanacaq

285
0
SHARE

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə Azərbaycan Respublikası Mədənəyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti arasinda mədəni irsin qorunması sahəsində əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb.

Trend-in məlumatına görə, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyində təşkil olunan və Türkiyə Respublikası Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy ilə Azərbaycan Respublikası Mədəniyyət Naziri Anar Kərimovun iştirak etdiyi tədbirdə, Azərbaycan və Türkiyə arasında mədəni irsin qorunması sahəsində əməkdaşlığa dair Niyyət Protokolu TİKA prezidenti Serkan Kayalar və Dövlət Xidmətinin rəisi Azad Cəfərli tərəfindən imzalanıb

Protokol ilə iki ölkə arasında mədəni irsin qorunması sahəsində əməkdaşlıq və qarşılıqlı tərcrübə mübadiləsinə tövhə verilməsi hədəflənir. Bu çərçivədə, mütəxəssis mübadilə proqramları, texniki və peşə təlimləri, staj proqramları vasitəsi ilə bu sahədə təcrübə mübadiləsi həyata keçiriləcək.

Azərbaycan, 2020-ci ilin payızında yaşanan və 44 gün davam edən Qarabağ Müharibəsi nəticəsində işğaldan azad olan, tarixi və mədəni irs ilə zəngin Qarabağ bölgəsində abidələrin bərpa və təmir işlərində Türkiyə təcrübəsindən yararlanacaq.

Əməkdaşlıq protokolu, TİKA tərəfindən başladılan Böyük Mərdəkan Qalası və Tuba Şah Məscidinin bərpası kimi mədəni irsin qorunması sahəsindəki layihələrin, işğaldan qurtarılan Qarabağ torpaqlarını da əhatə edərək daha geniş bir formada həyata keçirilməsinə şərait yaradacaq.

Tarixi ortaq mədəniyyət dəyərlərinə sahib qardaş ölkələr olan Türkiyə və Azərbaycan arasında hər sahədə olduğu kimi mədəni irsin qorunması sahəsində də mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi nəzərdə tutulur.