Home Xəbərlər Hande Harmancı: Pandemiya ilə mübarizədə yeni dövrə daxil oluruq

Hande Harmancı: Pandemiya ilə mübarizədə yeni dövrə daxil oluruq

561
0
SHARE

Hazırda pandemiya ilə mübarizədə yeni bir dövrə daxil oluruq.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O, qeyd edib ki, payız aylarında COVİD-19 virusuna yoluxmaların artması proqnozlaşdırılır: “Bir çox ekspertlər bu fikirdədir. Ümumdünya Səhiyyə Təşkilatı yeni dönəmdə topladığı təcrübənin istifadəsini tövsiyə edir. Bundan sonra bütün ölkədə sərt karantinin tətbiqi deyil, bölgələrdə tədbirlərin gücləndirilməsini, qaydalara ciddi əməl edilməsini tövsiyə edirik. Bütün ölkələrin hansı bölgələrdə virusun daha çox yayılması ilə bağlı məlumatlar toplaması və vəziyyətin nəzarətdə saxlanılması vacibdir. Virusa yoluxan şəxsin digərlərini yoluxdurma riskinin qarşısını almaq üçün tədbirlər davam etdirilməlidir. İnsanlar virusla mübarizə ilə bağlı qaydalara ciddi əməl etməli, gigiyenik təmizliyə diqqət yetirməlidirlər. Qarşıdakı mərhələdə insanların hərəkəti sərbəst olacaq, amma bu insanlarda arxayınlıq yaratmamalıdır. Ara məsafələri gözlənilməlidir, bankomatların qarşısında dayanarkən sosial məsafəyə riayət olunmalıdır. Çünki bu virus minumum 1, maksimum 2 il davam edə bilər. Bu virusun peyvəndi tapılsa belə, həmin peyvəndin bütün insanlara vurulması üçün uzun zaman lazımdır. Buna görə də insanlar qaydalara ciddi riayət etməli, ara məsafəni qorumalıdırlar. Ümid edirəm ki, bundan sonrakı dönəmdə ölkə üzrə ciddi karantin rejimi tətbiq edilməyəcək, əvəzində hansı bölgədə bu virusun nə qədər yayıldığını araşdırmaq və bundan asılı olaraq rayonlarda lokal məhdudlaşdırma aparmaqla mübarizə tədbirləri gücləndiriləcək.

Azərbaycanda virusa yoluxma səviyyəsi rayon və bölgələr üzrə rəng sisteminə görə müəyyən edilib. Yoluxma səviyyəsi yüksək olan rayonlarda virusun qarşısını almaq üçün daha ciddi tədbirlər görülür. Azərbaycanın bu üsulla mübarizə aparması bizim tərəfimizdən müsbət qiymətləndirilib”.