Home Manşet Tahir Rzayev: Prezidentin mətbuat konfransı erməni faşizmini göstərmək üçün uğurlu imkan idi

Tahir Rzayev: Prezidentin mətbuat konfransı erməni faşizmini göstərmək üçün uğurlu imkan idi

672
0
SHARE

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev düşünülmüş və aydın siyasət həyata keçirir. Bu özünü istər dinc quruculuq sahəsində, istərsə də 44 günlük gərgin müharibədə əyani şəkildə göstərdi. Güclü iqtisadiyyata və orduya, birlik və həmrəyliyə malik olan dövlətimiz düşmənin belini qırdı, az bir müddətdə işğal altında olan torpaqlarımızı azad etdi, nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi.

Bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransında bu amillər – Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan, şəhər və kəndlərimizi xarabalığa çevirən, xalqımıza qarşı soyqırımlar törədən, faşizm ideologiyasına xidmət edən Ermənistanın hərbi – siyasi rəhbərlərinin çirkin məqsədləri, törətdikləri cinayətlər ön plana çəkilmiş, jurnalistlər erməni faşistlərinin məqsəd və bəşəriyyətə zidd əməlləri ilə bir daha tanış olmuşlar.

O qeyd edib ki, mətbuat konfransının 26 fevralda – Xocalı soyqırımının 29 – cu il dönümü ərəfəsində keçirilməsi də təsadüfü deyildi və Prezident İlham Əliyevin ilk olaraq Xocalı şəhidlərini yad etməsi, bu soyqırıma qiymət verməsi və hadisələrin dəhşətlərini jurnalistlərin nəzərinə çatdırılması erməni faşizminin mahiyyətini göstərmək üçün düşünülmüş gedişlər idi:

“Dövlətimizin başçısı bir daha xatırlatdı ki, “Xocalı faciəsi Ermənistan tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş qanlı cinayətdir, soyqırımdır… Xocalı soyqırımı Ermənistan faşizminin təzahürü idi… Azərbaycan güclü dövlət kimi heç vaxt imkan verməz ki, bir daha erməni faşizmi baş qaldırsın, halbuki belə meyllər görünməkdədir.

Əlbəttə Azərbaycan Prezidenti tarixi qələbəmizlə öz sözünü dedi, dəmir yumuruğunu düşmənə gəstərdi və bu gündə həmin dəmir yumuruq yerindədir, hər zaman işlədilə bilər. Ancaq dövlətimizin başçısı jurnalistlərin suallarını cavablayarkən bir daha sülh və əmin – amanlıq, dostluq tərəfdarı olduğunu bütün dünyaya bəyan etdi, axıdılan qanlara, dağıdılan şəhər və kəndlərə gərə təəssüfləndirdiyini bildirdi, hətta Ermənistanda baş verən özbaşınalıqların, dövlət çevrilişinə cəhdlərin yaxşı hal olmadığını bildirdi və onu da qeyd etdi ki, Ermənistandakı böhran bizim planlarımıza təsir edə bilməz.

Bu bir həqiqətdir. Azərbaycan rəhbəri, xalqımız müharibə dövründə göstərdiyi qəhrəmanlıq, birlik və sədaqətlə dünyaya sübut etdi ki, dövlətimiz qüdrətli, xalqımız məğlubedilməzddir. Çünki onun uzaq görən rəhbəri, məğrur ordusu və əyilməz, döyüşkən oğulları, qızları vardır”