Home Manşet İslahatlar uğurla bütün sahələri əhatə edir

İslahatlar uğurla bütün sahələri əhatə edir

339
0
SHARE

Azərbaycan islahatçı ölkədir. Bunu təkcə biz demirik, dünyanın mötəbər maliyyə qurumları, beynəlxalq təşkilatları bu fikirdədir və əbəs yerə ölkəmiz dünyanın 10 islahatçı ölkələrindən biri sayılmır.

Bunu Trend-ə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, Azərbaycanda bütün sahələrdə islahatlar uğurla həyata keçirilir və davam edir: “Prezidentimiz Yeni Azərbaycan Partiyasının VII qurultayında bu barədə deyib – “Prezident və parlament seçkilərində ölkəmizdə gedən islahatlar daha bir mərhələyə qədəm qoydu və bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir. Biz gündəlik həyatda , ölkəmiziniqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə görürük ki, bu islahatların çox əhəmiyyəti var. Eyni zamanda ictimai – siyasi mühitin sağlamlaşdırılmasında da bizim təşəbbüslərimizin, islahatlarımızın böyük rolu vardır”.

T.Rzayev bildirib ki, islahatların rolu əlbəttə ki, həyatımızın bütün sahələrində özünü göstərməkdədir: “İqtisadiyyatdakı inkişaf, sosial həyatdakı dəyişikliklər, ölkədə yaranmış ictimai – siyasi sabitlik, milli həmrəylik, dialoq mühitinin formalaşdırılması, siyasi qüvvələrin bir məqsəd uğrunda mübarizəsi, idarə etmədəki yeniliklər və beynəlxalq aləmdə ölkənin nüfuzunun yüksəlməsi bilavasitə həyata keçirilən islahatların nəticəsidir. Bu sosial-iqtisadi sahədə öz bəhrələrini verməklə bərabər, ikinci Qarabağ müharibəsində də parlaq qələbəmizi təmin etdi. Azərbaycan iqtisadi cəhətdən güclü, hərbi sahədə möhkəm, mənəvi cəhətdən yetkin, sağlam olmasaydı, sözsüz ki, möhtəşəm qələbəni təmin edə bilməzdi.

Cənab Prezidentin qeyd etdiyi kimi, ölkədə islahatlar müntəzəm olaraq davam etdiriləcəkdir. Çünki bu, xalqımızın xoşbəxt həyatı və gələcəyi üçün çox önəmlidir. Yeni islahatlar əlbəttə ki, yeni uğurlar gətirəcək”.