Çexiya və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa dair yeni sazişin imzalanması üzrə danışıqlar aparılır.
Bunu Trend-ə Çexiya Sənaye və Ticarət Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, Azərbaycan Çexiyaya neft tədarükünün həcminə görə ikinci ölkədir və bu səbəbdən Çexiyanın enerji təhlükəsizliyinə müsbət təsir göstərir:
“Biz həmin sazişi tez bir zamanda imzalamaq niyyətindəyik, çünki hər zaman Azərbaycanla enerji əməkdaşlığının, o cümlədən Azərbaycan xam neftinin Kralupi neft emalı zavoduna və digər yerli müəssisələrə tədarükünün vacibliyini vurğulamışıq”.
Nazirlikdən bildiriblər ki, ötən il IKL boru kəməri vasitəsilə Çexiyaya 1,426 milyon ton Azərbaycan neft nəql olunub.