Home Cəmiyyət Vaksindən sonra virusa yoluxarsansa, onu çox zəif keçirə bilərsən – İnstitut direktoru

Vaksindən sonra virusa yoluxarsansa, onu çox zəif keçirə bilərsən – İnstitut direktoru

303
0
SHARE

Vaksinləşdirmədən sonra şəxs virusa yoluxsa belə, xəstəliyi yüngül şəkildə keçirə bilər.

Bunu Trend-ə Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev deyib.

Onun sözlərinə görə, vaksin olunduqdan sonra da tibbi maskadan istifadə etmək vacibdir:

“Kimsə düşünməsin ki, COVİD-19 virusuna qarşı peyvənd olundumsa, artıq mənə heç nə olmayacaq. Qətiyyən belə düşünmək lazım deyil. İndi ortada belə bir həqiqət var ki, vaksin vurduran şəxslərin xəstəxanaya düşmə ehtimalı yox dərəcəsindədir. Türkiyədə də bununla bağlı aparılan apaşdırmalar nəticəsində vaksin vurduran şəxslərin xəstəxanaya düşmə ehtimalının olmadığı məlum olub. Vaksin vurdurmaq o demək deyil ki, siz yoluxmayacaqsınız. Lakin vaksindən sonra virusa yoluxarsansa, onu çox zəif şəkildə keçirə bilərsən”.