Home Manşet Azər Badamov: Təəssüf ki, COVAX-a vaksin üçün regionda ilk müraciət edən ölkə...

Azər Badamov: Təəssüf ki, COVAX-a vaksin üçün regionda ilk müraciət edən ölkə olsaq da ədalətsizliklə üzləşmişik – Deputat

624
0
SHARE

Prezident İlham Əliyevin uzaqgörən siyasəti qlobal səviyyədə müəyyən ədalətsizliklərin və ikili standartların aradan qaldırılmasına xidmət edir. Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, COVİD-19 qlobal pandemiya elan olunanda Azərbaycan pandemiyaya qarşı mübarizəyə ilk qoşulan ölkələrdən olmuşdur:

“Bu mübarizənin effektiv təşkili üçün nəinki ölkəmizdə, həm də dünyada öz töhfələrimizi verməyimizə başladıq. Qlobal pandemiyaya qarşı mübarizə fəqli ölkələrdə fərqli təşkil olundu. İqtisadi inkanlarına malik inkişaf etmiş ölkələr öz ölkələrində koronavirusa qarşı mübarizə tədbirlərini təşkil edə bildi. Amma iqtisadi imkanları məhdud inkişaf etməkdə olan özləklərdə isə mübarizə tədbirlərinin təşkili üçün tibbi məmulatların, dizinfeksiya vasitələrin ciddi çatışmamazlıqları müşahidə olunmağa başladı.

Azərbaycan öz iqtisadi imkanları çərçivəsidə koronavirusa qarşı mübarizədə dünyada beynəlxalq təşəbbüslərə qoşulan ilk ölkələrdən oldu. Köməyə ehtiyacı olan ölkələrə yardımların göstərilməsi məqsədilə birbaşa ÜST-ə 10 milyon dollar vəsait ödənildi. O cümlədən 30-dan çox ölkəyə bu məqsədlə birbaşa yardımlar göndərildi. Çünki, bizim üçün insanların sağlamlığı hər şeydən üstündür. Biz nəinki öz ölkəmizin vətəndaşlarımızı , həm də dünyada imkansız və koronavirusla bağlı ciddi çətinliklərlə qarşılaşmış ölkələrin vətəndaşlarının sağlamlıqlarını da düşündük.
Azərbaycanın təşəbbüsü ilə qlobal pandemiyaya qarşı mübarizənin effektiv və əhəmiyyətli təşkili məqsədilə birgə səylərlə birləşməsi məqəsdilə dünyada ilk dəfə online qaydada bu mövzuda TDƏŞ-nın və Qoşulmama Hərəkatının iclaslarlı keçirildi.

Ölkəmizin təşəbbüsü ilə 2020-ci ilin may ayında keçirilən Qoşulmama Hərəkatının videoformatındakı konfransında bu hərəkatın sədri olaraq BMT-yə COVİD-19-la bağlı xüsusi sesiyasının keçirilməsi təklifi göndərildi və 130-dan çox dövlətin dəstəyi ilə həmin ilin dekabrında bu sesiya baş tutdu.

Sesiyada Qoşulmama Hərəkatının başçısı kimi Prezident İlham Əliyev COVİD 19-a qarşı beynəlxalq mübarizəni gücləndirmək və bu virusa qarşı vaksin icad olunduqda vakisinin dünyada ədalətli və əlçatanlığı təmin edilmiş şəkildə bölgüsünün təşkilinin vacibliyini qeyd edən ilk ölkə olduq”.

Deputat qeyd edib ki, ÜST Azərbaycanı COVİD 10-a qarşı effektif mübarizəsini təşkil edən nümunəvi ölkə olduğunu qeyd etdi:

“Həm də vaksinlərə ədalətli bölgüsünü və əlçatanlığını təmin edilməsi məqəsdilə yaradılmış COVAX beynəlxalq təşəbbüsünə ilk qoşulan ölkələrdən olduq. Prezident İlham Əliyev qabaqcadan bilirdi ki, vaksinlərin bölgüsündə ədalətsizlik və ikili satandartlar özünü biruzə verəcəkdir. Ona görə də vaksin yarandıqda Azərbaycan öz ehtiyatını buraxmadan Çindən birbaşa 4 milyon doz keyfiyyətli vaksin sifariş edərək ölkəmizə gətirildi. Biz Cənubi Qafqazda vakisinləşməyə başlanmış ilk ölkə olduq.

Artıq yarım milyondan çox vətəndaşımız vakisinasiyadan keçmişdir. Amma biz beynəlxalq təşəbbüsümüzdən də kənara çəkilmədik. 23 mart 2021-ci il tarixində Qoşulmamma Hərəkatının adından irəli sürdüyümüz vaksinlərin ədalətli və bərabər bölgüsü ilə bağlı qətnaməni 133 ölkənin dəstəyi ilə qəbul edildi. Həmdə qoşulduğumuz COVAX platformasından da vaksinlərin ölkəmizə gətirilməsi təşəbüsümüzə sadiqliyimizi nümayiş etdirərərk beynəlxalq bölgüdə Azərbaycana ayrılmış hissəsinin verilnməsini gözlədik. Nəticədə məlum oldu ki, baxmayaraq ki, Azərbaycan vaksinlərin dünyada ədalətli və əlçatan şəkildə bölgüsünün təşəbbüskarı olmuşdur və COVAX-a vaksin üçün regionda ilk müraciət edən ölkə olmuşuq, biz kənarda qalmışıq və regionda dost Gürcüstana vaksinlər göndərilmişdir.

Çox təəssüf ki, ədalətsizlik və ikili standartlar burda da özünü göstərdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi bəzi ölkələr öz təlabatından 2-3 dəfə artıq vaksin idxal etmişdir. İnkişaf etmiş ölkələrdə vaksinləşmə sürətli aparılır. Amma iqtisadi imkanları məhdud və inkişaf etməkdə olan ölkələr isə vaksinləşmədən kənarda qalmaqdadır. Təəssüf ki, bu işdə də dünyanın bir qütbləşdiyini müşahidə etdik. Ölkə başçımızı dünyada vaksinlərin ədalətli və əlçatan bölgüsünün təşkilində narahat edən məsələ də bu idi və bu, artıq baş verdi.

Biz, ölkə başçımızın uzaqgörənliyi sayəsində öz ehtiyatımızı təmin etmşik. Vətəndaşlarımızın sağlamlığı bizim üçün hər şeydən üstün olduğundan dünyada ikili standartların olacağını nəzərə alaraq ehtiyat məqsədilə aldığımız keyfiyyətli vakisinlərimizi əhalimizə vururuq və düşnürəm ki, Biz vakisləşməni başa çatdıran ilk ölkələrdən olcagıq”.