Prezident İlham Əliyevin imzaladığı sərəncamlara uyğun olaraq, “Azərbaycan Dəmir Yolları” (ADY), AZAL “BakuBus” və “Bakı Metropoliteni”nin Müşahidə Şurası yaradılıb.
Trend-in məlumatına görə, “Azərbaycan Dəmir Yolları” və AZAL-ın Müşahidə Şurasına Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev rəhbərlik edəcək.
“BakuBus” və “Bakı Metropoliteni”nin Müşahidə Şurasına isə iqtisadiyyat nazirinin müavini Elnur Əliyev rəhbərlik edəcək.