Home Manşet Rusiya və Azərbaycan üçtərəfli bəyanatların icra olunması çərçivəsində uğurla əməkdaşlıq edir –...

Rusiya və Azərbaycan üçtərəfli bəyanatların icra olunması çərçivəsində uğurla əməkdaşlıq edir – Arzu Nağıyev

542
0
SHARE

Rusiya və Azərbaycan 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarının icra olunması çərçivəsində uğurla əməkdaşlıq edir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Arzu Nağıyev “Vestnik Kavkaza” nəşrinə açıqlamasında deyib.

O bildirib ki, əsas üç məqamı qeyd etmək lazımdır: “Birincisi, Ağdam rayonunda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi uğurla fəaliyyət göstərir, noyabr bəyanatının şərtlərinin icra olunmasına diqqətlə nəzarət olunur. İkincisi, rusiyalı sülhməramlılar noyabr bəyanatında müəyyən edilmiş funksiyaları yerinə yetirir. Üçüncüsü isə kommunikasiyaların açılması üçün üçtərəfli iş aparılır, nazir müavinləri və baş nazir müavinləri səviyyəsində danışıqlar aparılır. Bunu bu gün Azərbaycan Prezidenti də vurğulayıb. Rusiya tərəfi bu gün tərəflərin üzərinə götürdüyü öhdəliklərinin icrasının qarantlarından biridir”.

A.Nağıyev əlavə edib ki, ümumilikdə Azərbaycan-Rusiya münasibətləri dinamik inkişaf edir: “Bu baxımdan, Zəngəzur dəhlizinin təşkil olunması, Qazax rayonundan keçən dəmir yolu üzrə, yəni Naxçıvan istiqamətində əlaqənin bərpa olunması üzrə əməkdaşlığı qeyd etmək lazımdır. Ölkələrimiz həm iqtisadi, həm sosial, həm də müharibədən sonrakı proseslərdə hərbi məsələlər üzrə təmas qurur. Bu məsələlərdə Rusiya tərəfi ilə heç bir fikir ayrılığı yoxdur”.