Home Cəmiyyət İsmayıllıda “ad günü” məclisi təşkil edənlər cərimələnib

İsmayıllıda “ad günü” məclisi təşkil edənlər cərimələnib

695
0
SHARE

İsmayıllı Rayon Polis Şöbəsinə rayonun Kürdmaşı kəndində yerləşən evlərin birində yığıncaq təşkil edilməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvana gəlib və ev sahibi Vüqar Tağıyevin karantin qaydalarını pozaraq, qızına doğum günü məclisi təşkil etdiyi məlum olub.

Məclisi təşkil edənlər barəsində protokol tərtib edilərək, cərimələniblər.