Home Manşet Gədəbəy-Tovuz rayonları üzrə 58 aztəminatlı ailəyə yardım göstərilib

Gədəbəy-Tovuz rayonları üzrə 58 aztəminatlı ailəyə yardım göstərilib

536
0
SHARE

104 saylı Gədəbəy – Tovuz seçki dairəsi üzrə müraciət edən 58 aztəminatlı ailəyə maddi yardım göstərilib.

Trend-in məlumatına görə, yardım Milli Məclisin deputatı Arzu Nağıyevin təşəbbüsü ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının xətti ilə həyata keçirilib.

Yardım göstərilən şəxslərin əksəriyyəti qazi ailələridir.

Yardım olunan şəxslər Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevə və əməyi keçən hər kəsə öz təşəkkürlərini bildirib.