Türkiyə ilə Azərbaycan arasında yeni birgə komissiya yaradılır.
Trend-in məlumatına görə, bu barədə məsələ “Türkiyə Respublikası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında Müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında saziş”də öz əksini tapıb.
Birgə komissiyanın üzvləri Türkiyə Milli Müdafiə Nazirliyi Müdafiə Sənayesi Müşavirliyinin və Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin nümayəndələrindən ibarət olacaq. Hər iki tərəfin bərabər təmsil olunacağı Birgə Komissiya bu sazişin müddəalarının həyata keçirilməsi və lazım olduğu tədqirdə ediləcək dəyişikliklərlə əlaqədar vəzifələri icra edəcək.
Qeyd edək ki, “Türkiyə Respublikası hökuməti ilə Azərbaycan Respublikası hökuməti arasında Müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında saziş” 31 oktyabr 2017-ci il tarixində Bakıda imzalanıb və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 5 aprel 2021-ci il tarixli qərarı ilə təsdiqlənib.