Home Manşet ÜST mənzil qərargahında Prezident İlham Əliyevin videomüraciətinin təqdim olunması daha bir uğurdur

ÜST mənzil qərargahında Prezident İlham Əliyevin videomüraciətinin təqdim olunması daha bir uğurdur

593
0
SHARE

Aprelin 6-da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İsveçrənin Cenevrə şəhərində yerləşən mənzil qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videomüraciətinin təqdim olunması beynəlxalq aləmdə ölkəmizə verilən böyük önəmin daha bir göstəricisidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, Azərbaycan dövləti əhalinin sağlamlığının qorunmasına və tibbi xidmətlərə əlçatanlığının daim yaxşılaşdırılmasına xüsusi önəm verir.

S.Hüseynova qeyd edib ki, koronavirus pandemiyası başlayandan etibarən Azərbaycan əhalinin sağlamlğının qorunması üçün sistemli və ardıcıl addımlar atmağa başladı. O vurğulayıb ki, ölkəmiz təkcə daxili miqyasda deyil, qlobal müstəvidə də koronavirusla mübarizəyə böyük töhfələr verir:

Pandemiya başlanan zamandan Azərbaycan COVİD-19-la mübarizə üzrə bir çox təşəbbüslərin müəllifi olub, yəni Azərbaycan həm bu təşəbbüslərin müəllifi olub, həm də bu istiqamətdə əməli addımlar atan, öndə gedən ölkələrdən biridir. İlk gündən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tərəfindən koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə bu təşəbbüslər irəli sürülüb və beynəlxalq səviyyədə də 30-dan artıq ölkəyə Azərbaycan tərəfindən humanitar yardımlar edilib.

Azərbaycanın təşəbbüsü ilə koronavirusa qarşı mübarizə istiqamətində 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib.

Eyni zamanda Azərbaycan dünyada koronavirusa qarşı vaksinlərin bərabər və ədalətli bölüşdürülməsi üçün də təşəbbüslə çıxış edib və məhz ölkəmizin təşəbbüsü ilə 23 mart 2021-ci il tarixində BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə 133 ölkənin dəstəyi ilə qəbul edilib. Azərbaycan, həmçinin COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olub”.