Home Manşet Soyqırımı ifadəsinin işlənməsi tarixin təhrif olunması, həqiqətlərin danılması, beynəlxalq hüququn nüfuzdan salınması...

Soyqırımı ifadəsinin işlənməsi tarixin təhrif olunması, həqiqətlərin danılması, beynəlxalq hüququn nüfuzdan salınması kimi qiymətləndirilməli, şiddətlə qınanmalıdır

652
0
SHARE

ABŞ prezidentinin soyqırımı ifadəsinini işlətməsi tarixin təhrif olunması, həqiqətlərin danılması və beynəlxalq hüququn nüfuzdan salınması kimi qiymətləndirilməli və şiddətlə qınanmalıdır. Əslində, 1915-ci ildə ermənilər türklərə və Anadoluda yaşayan digər müsəlmanlar qarşı soyqırımı törədiblər. 1918-ci ildə azərbaycanlılara qarşı soyqırımı törədiblər və ə nəhayət 1992-ci ildə bütün dünyanın gözü önündə Xocalı soyqırımını törədiblər  Əgər Co Bayden soyqırımı ifadəsi işlətmək istəyirsə birinci ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı ifadəsini işlətsin! Məsələnin kökünə gəldikdə isə…..

1 .Co Baydenin “soyqırımı” ifadəsini işlətməsi beynəlxalq hüquq baxımından heç bir hüquqi məsuliyyət yaratmır

2. Avropa İnsan Hüquqları Məhkəməsinin bu iddianı hüquqi baxımdan rədd edən məhkəmə qərarı var. (Doğu Perincək məsələsində )

3. “Soyqırımı” silahı istifadəsi birdfəlik olan silah idi, sadəcə ildə bir dəfə siyasi şantaj vasitəsi kimi Türkiyəyə qarşı tuşlanır və müəyyən güzəştlər əldə edilirdi. Bayden bu silahı atdı və bitdi. Yəni, ABŞ-ın qardaş Türkiyəyə qarşı istifadə etdiyi təzyiq alətlərindən biri artıq yoxdur.

4.1915-ci il hadisələri beynəlxalq hüquqda tərif edilən soyqırımı kriteriyalrına əsla uyğun deyil.

5. Bayden “soyqırımı” silahını ermənilərin də əlindən aldı.

6. Ən təhlükəli fikir isə Baydenin “Biz bunu (genosidi qəbul etməyi) kimisə günahlandırmaq üçün deyil, baş verənlərin təkrar olunmaması üçün edirik” ifadəsidir. Bu fikrin sətiraltı məzmunu, Türkiyəni hədələmək, Vətən müharibəsində Azərbaycanın yanında olduğuna görə onu siyasi müstəvidə şantaj etmək, İrəvandakı qərbpərəst qüvvələri dəstəkləmək və onları seçkidə qalib etmək, regionda 6 tərəfli formatda mümkün əməkdaşlıq platformasının yaradılmasını əngəlləmək, Ermənistanda Rusiyanın nüfuzunu aşağı salmaq, 44 günlük savaşda ermənilərini tarixi məğlubiyyətinin səbəbkarı kimi Rusiyanı göstərmək və Cənubi Qafqaza yenidən müdaxilə planlarının olmasını bəyan etməkdir. ABŞ prezidentinin soyqırımı ifadəsinini işlətməsi tarixin təhrif olunması, həqiqətlərin danılması və beynəlxalq hüququn nüfuzdan salınması kimi qiymətləndirilməli və şiddətlə qınanmalıdır.