Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Ramin Əhmədov, deputat Sədaqət Vəliyevanın köməkçisi və partiya fəalları Ramazan ayı münasibətilə rayonun şəhid və qazi ailələrini ziyarət edib, onların problemlərinin həllinə yardımçı olub, dəstəklərini veriblər.
Ziyarət zamanı dövlətin bu sahədə həyata keçirdiyi işlər barədə ətraflı məlumat verilib, şəhid və qazi ailələrinə köməklik edilib.
Qazilər və şəhid ailələrinin üzvləri də öz növbələrində Ali Baş Komandan İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya və YAP rəhbərliyinə təşəkkürlərini bildiriblər.