Home Manşet Azərbaycanda türkiyəli jurnalist Fulya Öztürk haqqında film çəkiləcək

Azərbaycanda türkiyəli jurnalist Fulya Öztürk haqqında film çəkiləcək

644
0
SHARE

Azərabycanda “CNN Türk” telekanalının jurnalisti, İkinci Qarabağ müharibəsi zamanı müharibə ilə bağlı informasiyaların dünyaya çatdırılmasında mühüm rol oynamış Fulya Öztürk haqqında sənədli film çəkiləcək.

Bu barədə Trend-ə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından deyiblər.

Film “Azərbaycanfilm” və “DADA Film Prodakşn”ın birgə istehsalı olacaq.

“Fulya” adlı filmdə Fulya Öztürkün və kamera operatorunun çəkdiyi, yayımlanmamış 11 saatlıq video materiallardan istifadə ediləcək.

Çəkilişlər İstanbulda “CNN Türk”də başlayacaq, daha sonra Gəncə, Tərtər, Bərdə, Füzulidə davam edərək, Şuşada yekunlaşacaq.

Filmin ssenari müəllifi və rejissoru Tahir Tahiroviçdir. Filmin çəkilişlərinə iyun ayında start veriləcək.

Qeyd edək ki, F.Öztürk Gəncəyə raket zərbəsi endirilən gecə efirə çıxaraq bu hadisəni işıqlandıran ilk jurnalist olmuşdu.

(Tərcümə: Orxan Nəbiyev)