Home Manşet Qarabağda əkinə başlanılması kənd təsərrüfatı məhsullarının ucuzlaşmasına səbəb olacaq

Qarabağda əkinə başlanılması kənd təsərrüfatı məhsullarının ucuzlaşmasına səbəb olacaq

365
0
SHARE

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin böyük kənd təsərrüfatı potensialı var. Həmin ərazilərin bərpa edilməsi, əkin işlərinə başlanılması ölkədə kənd təsərrüfatı məhsullarının bolluğuna səbəb olacaq ki, bu da öz növbəsində bu məhsulların qiymətinin ucuzlaşmasına səbəb olacaq.

Bunu Trend-ə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

T.Rzayev qeyd edib ki, eyni zamanda azad edilmiş ərazilərdə kənd təsərrüfatı məhsullarının istehsalı Azərbaycanın ixrac potensialını da xeyli dərəcədə artıracaq.

Komitə sədri vurğulayıb ki, işğaldan azad edilmiş ərazilər iqtisadiyyatımızın inkişafı üçün böyük potensiala malikdir və sözsüz ki, ölkə başçısının rəhbərliyi sayəsində əldə olan imkanlardan hərtərəfli istifadə ediləcək:

“Əlbəttə ki, işğaldan azad olunmuş torpaqlar öz münbitliyi və məhsuldarlığına görə seçilir. Sovetlər dövründə bu torpaqlarda bol pambıq, taxıl, üzüm, tərəvəz və digər kənd təsərrüfatı məhsulları yetişdirilib, heyvandarlıq inkişaf etdirilib. Böyük potensiala malik ərazilərin yenidən əkin dövriyyəsinə qaytarılması ölkədə aqrar sahənin inkişafına yeni təkan verməklə bərabər, həm də xaricdən idxal olunan kənd təsərrüfatı məhsullarının qarşısını xeyli dərəcədə al